Rusiyanın peyvəndi haqqında İLGİNC XƏBƏR: Hazırlıq 25 il əvvəl başlayıbmış

DÜNYA
22:18 / 07.09.2020
1138

Rusiyada koronavirusa qarşı peyvəndin hazır olduğu və peyvənləmənin ilk mərhələsinin başladığı bir zamanda daha bir maraqlı məlumat yayılıb.

Məlum olub ki, rusiyalı alimlər peyvəndi pandemiyadan daha əvvəldən hazırlamağa başlayıblar. Bu barədə yerli mətbuata açıqlamasında peyvəndi hazırlayan Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Hinsburq deyib.

Onun sözlərinə görə, preparat üzərində 25 il əzində 3 nəsil işləyib. Əvvəlcə bu peyvəndin gen terapiyası üçün istifadəsi nəzərdə tutulub. Həmin geni orqanizmə yaşlanmış geni əvəzinə daxil etmək nəzərdə tutulub.

2014-cü ildə bu metodikanı vektorial peyvəndə çeviriblər, xüsusilə də Ebolaya qarşı peyvənd hazırlamaq nəzərdə tutulub. Hətta preparat 2 il müddətində Qvineyada sınaqdan keçirilib və Ebolanın yayıldığı bu ölkədə yaxşı nəticələr əldə olunub. Daha sonra MERS virusina qarşı peyvənd hazırlığı başlayıb. Bu virusdan ölüm yoluxanların 40 fazi olur. Bu vaksin üzərində iş 2-2,5 il əvvəl başlayıb və daha sonra dünyada yeni növ koronavirus yayıldığı nəzərə alınaraq istiqamət yenə dəyişdirilib.

Nəticədə MERS-ə qarşı peyvənd COVID-19-a qarşı peyvəndə çevrilib. Ancaq hər iki peyvənd bir -birinə 80 faiz bənzəyir: "Fevralın sonunda biz artıq preparatın bütün detallarını bilirdik. Bizə təkcə MERS-ə qarşı peyvəndi COVID-19-a qarşı peyvəndə çevirmək qalırdı.

Xatırladaq ki, Rusiyada artıq qeydə alınan "Sputnik V" peyvəndi ilk növbədə tibb işçiləri və müəllimlərə vurulacaq. Moskvada kütləvi peyvəndləmə 5 sentyabrda başlayıb. Bütün ölkə üzrə isə sentyabrın ortasında başlayacaq.

0
Cebhe.info