Leyla Əliyevanın oğlu yeni mahnısını təqdim etdi – VİDEO

DÜNYA
19:46 / 08.09.2020
1243

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Xalq artisti, tanınmış iş adamı Emin Ağalarovun oğlu Əli Ağalarov “Brüs Li” adlı ikinci trekini buraxıb.

Bu barədə gənc ifaçı "Instagram"da məlumat verib. Trekin musiqi və sözləri WEEL adlı musiqiçiyə aiddir.

Xatırladaq ki, A.LI ləqəbi ilə çıxış edən Əli Ağalarov avqustun ortalarında “Еду на капоте” adlı rep stilində ilk trekini təqdim etmişdi. Musiqiyə böyük marağı olan Əli Elj və Fironun ifa tərzini sevdiyini demişdi:

“Musiqini, xüsusən rep və “underground” üslublarını çox sevirəm, Pharaoh, Eldjey və Morgenshternin bu janrda yeni istiqamətləri çıxandan sonra musiqi ilə məşğul olmağa qərar verdim. Atam artistdir, o, öz timsalında məni bu işdə ruhlandırır. Sevinirəm ki, yaradıcılıqla məşğul olmağa başlamışam. Hər kəsə tənbəl olmamağı və ürəyi istədiyi işi etməyi tövsiyə edirəm!” .

3
Publika.az