COVID-19-un müalicəsində yeni üsul - 30 ölkədə təsdiqini tapdı

DÜNYA
19:38 / 09.09.2020
941

COVID-19 xəstəliyinin müalicəsi ilə bağlı yeni metod kəşf olunub.

Süngər kimi işləyən muncuqlarla dolu filtr ilə koronaviruslu xəstələrin qanı təmizlənib.

ABŞ-da istehsal edilən “CytoSorb” adlı cihaz xəstələrin qanını təmizləyərək potensial toksiki birləşmələri aradan qaldırır. Muncuqlardakı deşiklər qandakı zərərli sitokinləri tutur, antitel kimi daha kiçik və faydaları hissəciklər isə filtrləyir.

Cihaz sayəsində 30 ölkədə 200-dən çox insan COVID-19-dan sağalıb.

Ridinq Universitetinin mikrobiologiya dosenti Simon Klark bu tip müalicə üsulunun faydalı olduğunu bildirir: “Əhəmiyyətli sitokin reaksiyası olan xəstələr üçün zaman çox önəmlidir. Dərmanlar reaksiyanı sadəcə azalda bilər. Filtrləmə də zəmanətli metod deyil, amma xəstəyə nə qədər tez tətbiq edilsə, o qədər yaxşı nəticə əldə olunacaq”.

 

0
Publika.az