Alimlərdən qorxunc açıqlama: 100 il sonra...

DÜNYA
22:35 / 10.09.2020
1072

İnsan sivilizasiyası ağıla gəlməyəcək qədər məlumat generasiya edir.

Lent.az "technote"a istinadən xəbər verir ki, hazırda mövcud olan rəqəmsal məlumatların 90%-i son 10 ildə əldə olunub.

Tədqiqatçıların fikirlərincə, gələcəkdə bu, ciddi problemlərə gətirib çıxarda bilər. Belə ki, artıq bir neçə 100 ildən sonra bit-lərin sayı Yer kürəsinin atomlarının sayından daha çox olacaq.

İngiltərənin Portsmut Universitetinin fiziki Melvin Vopsonun təqdim etdyi problem qeyri-adi səslənir. Qəbul edilmiş fikrə əsasən, məlumatın heç bir kütləsi yoxdur. Buna görə də onun eksponent yüksəlməsi planetə heç bir təsir göstərmir.

Əslində isə bu heç də belə deyil. Alimlər aşkar ediblər ki, hazırda Yer kürəsi təqribi olaraq 10 üstü 21 bit (100 milyard-milyard) qədər kompüter məlumatına sahibdir. Bununla belə Eynşteynin kütlə və enerjiinin ekvivalentliyi düsturuna əsaslanaraq Vopson güman edir ki, 1 bit məlumat elektrondan 10 milyon dəfə az kütləyə sahibdir. Hər il rəqəmsal məlumatın 20% yüksəlməsini nəzərə alaraq hesablamaq olar ki, 350 ildən sonra Yer kürəsində məlumatların bit sayı planetin daxilindəki atomların sayından daha çox (10 üstü 50 / 100 trilyon-trilyon) olacaq.

0