Rusiyanın paytaxtı Moskvada mağazaların birində satıcı ilə alıcı arasında insident baş verib, nəticədə mübahisə edənlərdən biri ciddi xəsarət alıb.
HİT.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Orta Asiyadan olan satıcı və rus müştəri arasında baş verib.
Məlumata görə, tərəflər arsında ünsiyyət vaxtı müştəri öskürüb. Satıcı koronavirus pandemiyasını nəzərə alaraq bunu qəsdən hərəkət kimi qiymətləndirib.
Münaqişə nəticəsində satıcı bir litrlik şüşəni müştərinin başına vurub.
Zərərçəkən sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Satıcıdan isə yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.