Filmlərdəki məşhur evi 19 milyona satmaq istəyirdilər - FOTOLAR

DÜNYA
20:34 / 14.09.2020
1120

"Yeşilçam" filmlərinin çəkildiyi məşhur ev bir müddət əvvəl satışa çıxarılmışdı.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Kumburgazdakı villanın satışından sahibləri imtina edib.

"Şark Bülbülü", "Aile Şerefi" kimi məşhur filmlərin lentə alındığı 6 265 metr ərazisi olan dənizə yaxın ev 19 milyon lirəyə hərraca çıxarılmışdı. Hərracın isə bu gün baş tutması planlaşdırılmışdı. Hissədarların tələbi ilə villanın satışından imtina edilib.

Hərrac üçün hissədarlardan Mehmet Ergen, Raciye Ercişli, Azade Hısım, Nercal Kaplancalı və Süleyman Tufan Alanyalı məkana gəlib.

Hısım "Orası möhtəşəm bir yerdir. Əvvəl-axır satılacaq. Bir az da bizdə qaldığı üçün xoşbəxtəm. Orada çox vaxt keçirdik. Hər zaman keçmiş günlərdəki kimi qəlbimizdə qalacaq" deyə, söyləyib.

1997-ci ildə Alanyalının ölümündən sonra orada bir müddət uşaqları yaşayıb. 2000-ci illərin əvvəlində isə ev tərk edilib.

0