“Milyonçu” verilişində yeni rekord qeydə alındı

DÜNYA
20:50 / 14.09.2020
925

Təqaüdçü müəllim 20 dəqiqədə milyonçu oldu.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı tarix müəllimi 15 sualdan 13-nün bəndlərinə baxmayaraq, 1 milyon funt sterlinqin sahibi olub.

Son suala çatana qədər Fir heç bir joker haqqından istifadə etməyib. O, hətta yarışmanı 20 dəqiqədə tamamladığı üçün rekorda imza atıb.

Tarixçi mükafatı əldə etdikdən sonra işlədiyi məktəbə təqaüdə çıxmaq üçün müraciət edib. İştirakçı, mükafatın 70 faizini ailə üzvlərinə verəcəyini deyib. Qalan pula isə komfortlu bir təqaüdçü həyatı yaşamaq istədiyini dilə gətirib.

Qeyd edək ki, ötən il Donald Firin qardaşı da eyni proqramda iştirak edib. O, son suala səhv cavab verərək studianı 500 min sterlinqlə tərk etməli olub.

0