İran dərsliyində türklər təhqir edildi - VİDEO

DÜNYA
18:23 / 16.09.2020
1296

İranda nəşr olunmuş dərsliklərin birində türklər yenə təhqir olunub.

10-cu siniflər üçün "İngilis dili" dərsliyində "Zebra"nın ("Zolaqlı eşşəy"in) vətəni olaraq türklərin yaşadığı ölkə-Turan göstərilir.

Bu barədə özünün "Facebook" səhifəsində Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz məlumat verib. Sayman Aruzun yaydığı videoda güneyli müəllim bunu molla rejiminin türklərə nifrəti kimi təqdim edib:

"Pəhləvilərdən qalma gerilikçi şovinist düşüncə hələ də davam edir. Qeyri-fars millətlərini təhqir edirlər. Bu kitabın 20-ci səhifəsində aslan şəklinin altında yazılır ki, "İrani şir". Kitabın 21-ci səhifəsində "Zolaqlı eşşəyin vətəni Turandır" yazılır. Turan İranda türk ölkəsinə deyilir".

3
Cebhe.info