Türkiyənin TRT kanalı 19 may Atatürkü Anma, Gənclik və İdman bayramı ilə əlaqədar hazırladığı proqramda səhvə yol verib.
“Haberler”ə xəbər verir ki, “TRT Haber”də aparıcının nitqi fonunda ekranda “19 may Cümhuriyyət bayramı” yazılması tamaşaçıların gözündən qaçmayıb. Sosial şəbəkədə “TRT bayramları qarışdırdı” şəklində etirazlar bildirilib. Sözügedən xəta ilə bağlı kanal üzr istəyib.
“Səhv qrafikin ekranda göstərilməsinə səbəb olan işçilər haqqında inzibati araşdırma başladılıb. Üzr istəyirik”, - deyə TRT-nin açıqlamasında bildirilir.
Qafqazinfo.az