Alimlər sübut etdilər- Eynək taxanlar koronavirusa daha az yoluxur

DÜNYA
23:12 / 19.09.2020
916

Gündəlik eynək taxmaq koronavirusa yoluxma riskini azaldır.

"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, Çində Nançanq Universiteti tərəfindən aparılan araşdırma nəticəsində alimlər belə bir qənaətə gəliblər.

Tədqiqatçılar iddia ediblər ki, eynək taxanlarda koronavirus diaqnozunun ümumi populyasiyası 5 dəfə az olur. Bununla belə, araşdırmaçılar Hubey əyalətində 10-20 il bundan qabaq 7 yaşdan 22 yaşadək insanlar arasında aparılmış tədqiqatları yenidən araşdırıblar: "Aparılan tədqiqatlar zamanı aşkar etdik ki, hər gün uzun müddət eynək taxan koronavirus xəstələrinin nisbəti çox azdır.

Bu da gündəlik gözlük taxanların yeni növ koronavirusuna daha az həssas olmasının ilkin sübutudur. Eynəklər istifadəçilərin gözlərinə toxunmasına maneə törədir, bununla da, virusun əllərdən gözlərə keçməsinin qarşısını alır. Bildiyimiz kimi, gözlər yeni növ tac virusunun insan orqanizminə daxil olduğu vacib bir kanal kimi qəbul edilir.

Ümumiyyətlə, sosial mühitlərdə gündəlik eynək taxanlar üçün bu, qoruyucu bir faktora çevrilir. Gözlərin virusla çirklənməsi riskini azaldır və nəticədə uzunmüddətli gündəlik eynək taxanların "Covid-19"-a yoluxmamasına səbəb olur".

0