Toyda kütləvi dava: İçib azərbaycanlıların olduğu otağa girdi və...

DÜNYA
20:31 / 21.09.2020
1177

Moskvada kafelərdən birində toy kütləvi dava və atışma ilə başa çatıb.

Toya gələn Tacikistan vətəndaşlarından bir qrupu sərxoş vəziyyətdə azərbaycanlılaların olduğu kabinetə daxil olub. Onlar kabineti səhv saldıqlarının fərqində olmayıblar.

Nəticədə azərbaycanlılarla taciklər arasında dava düşüb. Toya gələn çox sayda Taciksitan vətəndaşı həmyerlilərinin köməyinə gəlib və işə polis qarışıb.

10-a yaxın şəxs polis nəzarətinə alınıb. Odlu silahdan atəş açıldığı bildirilir

1
Cebhe.info