Azərbaycanlı Londonun mer postu uğrunda mübarizə aparacaq

DÜNYA
19:46 / 22.09.2020
1258

Azərbaycanlı Kamran Balayev (Kam Balayev) London meri postuna namizəddir.

HİT.Az Oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan və çalışan beynəlxalq səviyyəli vəkil K.Balayevin namizədliyi mərkəzçi "Renew” partiyasından irəli sürülüb.

Kamran Balayev, Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Eyni zamanda BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan "Sərhədsiz Hüquqşünaslar” təşkilatının qurucusudur.

Qeyd edək ki, Londonda mer seçkiləri 2021-ci ildə keçiriləcək.

0