Videokonfrans vasitəsilə ölüm hökmü oxundu - Tarixdə ilk

14:03 / 20.05.2020
1207
Sinqapur məhkəməsi videozənglər üçün nəzərdə tutulmuş “Zoom” proqramı vasitəsilə müttəhimə ölüm hökmü çıxarıb.
 
“The Telegraph”ın məlumatına görə, bu, ölkədə ilk belə hadisədir.
 
Müttəhim - 37 yaşlı malayziyalı Punitan Qenasan heroin alverində təqsirli bilinib. O edam olunacaq.

Məhkəmə nümayəndəsinin sözlərinə görə, hökm dinləmənin bütün iştirakçılarının təhlükəsizliyi üçün videorabitə vasitəsilə verilib. O, əvvəllər bu üsuldan istifadə edilmədiyini də vurğulayıb.
Qeyd edək ki, Sinqapur qanunvericiliyində narkotik alverində iştirak çox sərt cəzalandırılır. Son on ildə bu ittihamla aralarında əcnəbi vətəndaşlar da olmaqla, yüzlərlə insan edam olunub.
0
oxu.az