Bu günlərdə Azərbaycan Serbiyaya humanitar yardım göndərib.
HİT.Az xəbər verir ki, Azərbaycandan Serbiyaya yardım yükünü çatdıran təyyarə Belqradın “Nikola Tesla” aeroportunda yerə enib. Humanitar yardımı Serbiyanın Baş Naziri Ana Brnabiç və Azərbaycanın Belqraddakı səfiri Eldar Həsənov qəbul edib.
Serbiyanın Baş Naziri Ana Brnabiç bu jesti Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi qiymətləndirib.