Erməni əsilli suriyalı silahlılar Ermənistan tərəfində Azərbaycana qarşı döyüşmək üçün Ermənistana göndərilib.
Bu barədə Suriya İnsan Haqları Monitorinq (SOHR) mərkəzi etibarlı mənbələrə istinadən məlumat yayıb.
Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir”.
Qafqazinfo.az