Ermənistanın Tərtərdə mülki obyektləri atəşə tutması “Əl-Cəzirə”nin gözü ilə - FOTO

DÜNYA
11:29 / 03.10.2020
1159

“Əl-Cəzirə” telekanalı Azərbaycanın Tərtər rayonundan növbəti reportaj yayımlayıb.

Kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri rayon sakinlərindən birinin həyətində çəkilib aparıb.

Reportajda deyilir ki, ev ermənilərin ağır artilleriya hücumu nəticəsində dağılıb. Evin sakinləri isə müvəqqəti olaraq yaxınlıqdakı məktəb binasına sığınıblar.

Reportajda rayonda məskunlaşmış məcburi köçkünlərdən müsahibələr də yer alıb. Bildirilir ki, onların doğma torpaqları 30 ildir Ermənistanın işğalı altındadır.

Qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan hücumları nəticəsində Tərtərdə xeyli ailənin evlərinə ziyan edib. Buna baxmayaraq onlar öz yaşayış yerlərini tərk etmirlər.

Reportajda Azərbaycanın mülki əhalisinin, mülki obyektlərinin hədəfə alındığı, məktəblərin, evlərin, hətta xəstəxanaların zərər gördüyü, onlarla ölən və yaralananların olduğu qeyd edilir.

Sakinlər isə deyirlər ki, ermənilərin hücumları onları qorxutmur. Ümumiyyətlə, azərbaycanlıların əhval-ruhiyyəsinin yüksək olduğu, yüzlərlə gəncin orduya yazıldığı diqqətə çatdırılır.

0