Azərbaycanın pilotsuz uçan aparatlarından (PUA) təşvişə düşən Ermənistanda mülki şəxslər və təşkilatlara aid dronların uçuşu qadağan edilib.
HİT.Az Report-a istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) açıqlayıb.
Məlumata görə, bu addım cəmiyyətdə təşvişi yaratmamaq məqsədilə atılıb.
Eyni zamanda MTX vətəndaşlardan hüquq-mühafizə orqanlarına PUA-dan istifadə edən şəxslər və təşkilatlar barədə məlumat vermələrini xahiş edib.