Almaniya Rusiya konsulunu Navalnı ilə görüşə buraxmadı

DÜNYA
17:14 / 04.10.2020
807

Rusiya konsulunun sağalmaqda olan müxalif siyasətçi Aleksey Navalnını ziyarət etməsinə icazə verilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Rusiya tərəfinin siyasi dialoq və diplomatik kanallar vasitəsilə Almaniyaya göndərdiyi suallara cavab verilməyib”, - məlumatda deyilir.

Eyni zamanda, Rusiyanın Berlindəki səfirliyinin Navalnı ilə rus konsulluğunun görüşünün təmin edilməsi ilə bağlı xahişinə Almaniya Xarici İşlər Nazirliyinin rədd cavabı verdiyi qeyd edilir.

Xatırladaq ki, zəhərləndikdən sonra Navalnı 18 gün komada olub. 14 sentyabrda Almaniya həkimləri siyasətçinin özünü daha yaxşı hiss etdiyini və artıq ayağa qalxdığını bildirib. 22 sentyabrda Navalnı klinikadan buraxılıb. Navalnız özü isə zəhərlənməsində Rusiya prezidenti Vladimir Putinin şəxsən iştirak etdiyini bildirib. Alpər

0