Ermənistan döyüşə xəstə insanları göndərmək məcburiyyətində qalıb.
APA-nın məlumatına görə, bunu təsdiqləyən faktlar üzə çıxıb.
Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgərlərinin sənədləri əsasında Ermənistanın e-səhiyyə sistemində araşdırılan aparma zamanı orduya yararsız xəstəliyi olan daha beş nəfərin cəbhəyə göndərildiyi məlum olub.
Onlardan iksi - Marat Zaqaryan və Artaşes Sayadyan narkotik aludəçisi olub.
Hərbi həkim komissiyası bu şəxslərə narkotikdən asılılıq diaqnozunu qoyub.