Ermənistanda bu ayın sonuna planlaşdırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri təxirə salınıb.
Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov bildirib.
Onun sözlırinə görə, indi KTMT-nin üzv dövlətləri ilə qeyd edilən təlimin yeri və keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, Ermənistanda KTMT-nin "Axtarış -2020" və "Qarşılıqlı əməkdaşlıq-2020" komanda-qərargah hərbi təlimləri 23-30 oktyabr tarixlərində “Baqramyan” poliqonunda keçirilməli idi.