Dağıstanın Aqul rayonuna naməlum bir raket düşərək partlayıb.
HİT.Az “Budni Kavkaza” portalına istinadən xəbər verir ki, raket Çıraq kəndindən təxminən 10 kilometr aralıda düşüb.
Yerli sakinlərin verdiyi məlumata görə, partlayış dalğası evləri silkələyib. Partlayış nəticəsində 15-20 metr diametrində bir krater əmələ gəlib.
Yayımlanan görüntülərdən təxminən iki metr dərinlikdə çuxurun ortaya çıxması məlum olub.
Hal-hazırda baş verənlərlə bağlı rəsmi bir şərh yoxdur.
Xatırladaq ki, Aqul rayonu Dağıstanın cənubunda yerləşir. Onun ərazisində 10 mindən çox sakin yaşayır.
Onu da əlavə edək ki, oktyabrın 4-də Ermənistan silahlı qüvvələri Xızı və Abşeron rayonlarına iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atmışdı. Böyük ehtimalla işğalçı ölkə hərbi obyektləri deyil, mülki əhalinin yaşadığı obyektləri hədəfə alıb hara gəldi raket atarkən, Rusiya Federasiyasının subyekti olan Dağıstan Muxtar Respublikasının ərazisini də təsadüfən vurub. /Report/