Qarabağa gələn keçmiş daxili qoşunlar komandanı Yeranosyan HƏBS OLUNDU

DÜNYA
11:03 / 09.10.2020
2305

Ermənistan mətbuatının yazdığına görə, polisin daxili qoşunlarının keçmiş komandanı Leon Yeranosyan işğal altındakı Dağlıq Qarabağa gələrkən yolda həbs edilib. “Bizim mənbə bildirir ki, Yeranosyan “satqınlar” işi çərçivəsində saxlanılıb. Hər hansı başqa təfərrüatlar hələlik məlum deyil. Əcinnə ovu başladı?”,-politik.am erməni saytı yazır.

Xatırladaq ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyan orduda satqınların və təxribatçıların olduğunu bildirib. O deyib ki, bəzi hərbçilər döyüş mövqelərində “Nikol torpaqları satıb, vuruşmağın mənası yoxdur” kimi təbliğat apararaq əsgərləri ruhdan salıblar. Nəticədə onlar döyüş mövqelərini özbaşına tərk ediblər. Bu işlə bağlı taqım komandirinin müavini və bir “starşina” həbs olunub.

Habelə dünən gözlənilmədən Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisi Aqişti Kərəmyanı vəzifəsindən azad edib. Onun qərarının orduda hökm sürən başıpozuqluq və əsgərlərin kütləvi şəkildə döyüş mövqelərini qoyub qaçması halları ilə bağlı olduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi son günlər dəfələrlə düşmən hərbçiləri arasında ruh düşkünlüyü, başıpozuqluq yarandığını, onların döyüş mövqelərini özbaşına tərk edib qaçması hallarının baş verdiyini bildirirdi.

0
Virtualaz.org