Nobel Sülh mükafatının sahibi məlum oldu

DÜNYA
13:50 / 09.10.2020
1915

2020-ci il Nobel Sülh mükafatının sahibi müəyyənləşib.

Qaynarinfo Norveç Nobel Komitəsinə istinadən xəbər verir ki, bu dəfə mükafata BMT Dünya Ərzaq Proqramı (WFP) layiq görülüb.

Qeyd edək ki, BMT Dünya Ərzaq Proqramı 1961-ci ildə təsis edilib və 90 milyon insana ərzaq yardımı göstərib. WFP aclığa qarşı mübarizədə göstərdiyi səylərə, münaqişəli bölgələrdə sülh üçün şərtlərin yaxşılaşdırılmasına verdiyi töhfələrə, aclıqdan müharibə və münaqişələrdə silah qismində istifadəsinin qarşısını almağa yönələn səylərdə başlıca qüvvə olaraq fəaliyyətinə görə bu nüfuzlu mükafata layiq görülüb.

Onu da qeyd edək ki, əksər hallarda siyasi və ictimai xadimlərin təltif olunduğu sözügedən mükafata əvvəllər də təşkilatların layiq görüldüyü olub. Belə ki, 2001-ci ildə BMT, 2012-ci ildə Avropa İttifaqı Nobel Sülh mükafatına layiq görülmüşdü.

0