İnfeksionist ofisdə ən təhlükəli əşyanın adının açıqladı

DÜNYA
23:35 / 15.10.2020
1367

Kompüter klaviaturası ofisdəki ən “təhlükəli” əşyadır: təmizlənməyən düymələrdə müxtəlif bakteriyalar, bağırsaq infeksiyaları, həmçinin, koronavirus ola bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Moskva vilayətində infeksion xəstəliklər üzrə mütəxəssisi İrina Şilkina bəyan edib.

“Kompüter klaviaturası, xüsusən də ofisdə ən yoluxucu əşyadır. Onu təmizləmək çətin olduğu üçün az adam bunu edir. Nəticədə, düymələrdə patogen bakteriya, aralarında COVID-19 olmaqla viruslar, infeksiyalar toplana bilər”, - deyə Şilkina xəbərdarlıq edib.

Onun sözlərinə görə, klaviaturada işə başlamazdan əvvəl əlləri yumaq vacibdir. Eyni şeyi sonra da etmək lazımdır, çünki havada dolaşan bakteriyalar tez-tez düymələrin səthinə yerləşir.

“Əllərin düzgün yuyulması lazımdır: ən az 1,5 dəqiqə, sadəcə sığallamaq deyil, dairəvi və sürtmək hərəkətləri etmək lazımdır”, - deyə infeksionist vurğulayıb.

0
oxu.az