Ermənistanda yaralı əsgərlərin sayının həddən çox olması həkimlərin tibbi yardım göstərməsini çətinləşdirib.
Baku.ws xəbər verir ki, bu barədə erməni xəbər səhifələri paylaşım edir.
Bildirilir ki, yaralı əsgərlərin yaxınları xəstəxanaya buraxılmır. Erməni əsgərlərə hospitallarda yer tapmaq olmur.
Cəbhə bölgəsindən hər gün yüzlərlə yaralı və meyit gətirilir. Bununla yanaşı, Ermənistanda koronavirusun sürətlə yayılması da ağır vəziyyəti bir az da ağırlaşdırıb.
Hətta erməni ailələr övladlarından xəbər ala bilmədikləri üçün sosial şəbəkələrdə elanlar yerləşdirirlər.
Ermənistanda ordu ilə bağlı qadağalar tətbiq olunduğu üçün insanlar cəbhəyə gedən qohumları barədə xəbərsiz qalıblar.