İrəvana xaricdən gələn muzdlular - VİDEO

16:24 / 19.10.2020
2712

Rəsmi İrəvanın dünya birliyini Azərbaycan tərəfində guya dünyanın hər yerindən muzdluların döyüşdüyünə inandırma çabalarının uğursuzluqla nəticələndiyi zaman Ermənistanın özünə diaspordan "uğur əsgərləri" gəlməkdə davam edir.

HİT.Az xəbər verir ki, bu məlumat Armiya.az saytında qeyd olunub.

“Əlbəttə ki, İrəvan buna bəraət qazandırmaq üçün onların erməni diasporu üzvləri olduğunu və bu səbəbdən “muzdlu hesab edilmədiyini” iddia edir.

Ermənilər istədiklərini iddia edə bilər, lakin beynəlxalq hüquqdan və 1977-ci il Cenevrə Konvensiyasından qaçış yoxdur. Orada isə açıq şəkildə muzdlunun tərifi verilir.

Qeyd edək ki, 1977-ci ildə imzalanmış Cenevrə Konvensiyalarının əlavə protokoluna görə, muzdlu - silahlı qarşıdurmada mübarizə aparmaq üçün yerli və ya xaricdən xüsusi olaraq cəlb edilmiş şəxsdir. O, döyüşlərdə birbaşa iştirak etsə də, nə münaqişə tərəfinin vətəndaşı, nə də münaqişə tərəfinin nəzarətində olan ərazinin sakinidir. Əgər şəxs münaqişə tərəfinin silahlı qüvvələrinin üzvü deyilsə və münaqişə tərəfi olmayan bir dövlət tərəfindən silahlı qüvvələrinin üzvü kimi vəzifələrini yerinə yetirmək üçün göndərilməyibsə, muzdludur.

Təbii ki, İrəvana gələn bütün ermənilər artıq çoxdan Ermənistan vətəndaşı deyil və onların yaşadıqları dövlətlər onları Qarabağ münaqişəsi zonasına göndərməyib. Beləliklə, bu videodan da tam aydın görünür ki, bu gün dünyanın hər yerindən olan muzdlu-terrorçular məhz Ermənistanın tərəfində vuruşur.

Ümumiyyətlə, Qarabağda hərbi əməliyyatların gedişini nəzərə alsaq, hətta çoxsaylı muzdlular da artıq erməni ordusunu məğlubiyyətdən xilas etmək iqtidarında deyil. Onlar yalnız Qarabağın işğalına son qoyulmasını ləngidir və Azərbaycan Ordusunu artıq patronları xərcləməyə məcbur edir. Xoşbəxtlikdən bu barədə bizdə çatışmazlıq müşahidə olunmur”, - yazıda qeyd olunub.

10
axar.az