Rus jurnalist ermənilərə faşistlərin dəstəyindən yazdı

DÜNYA
12:11 / 20.10.2020
1388

Alman Bundestaqında təmsil olunan  “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfəri Rusiya mediasının da diqqətini çəkib. 

Bu ölkənin nüfuzlu media orqanı olan News.ru saytının əməkdaşı İqot Nikiforov olay barədə müəllif məqaləsi ilə çıxış edib.  

Nikiforov həmçinin erməni mediasının alman deputatların dəstəyini qələbə kim təqdim etmələrinə toxunaraq qeyd edib ki, bu pirr qələbəsi hesab edilə bilər. O həmçinin AfD üzvlərinin mövqeyinin rəsmi Berlinin mövqeyi kimi təqdim edilməsini saxtakarlıq adlandırıb.

“Səfər zamanı millət vəkilləri yüksək səslə “DQR”ə dəstək olduqlarını bəyan etdilər və hətta İrəvana sevindirici vəd verdilər: Münaqişədə iştirakı heç vaxt sübut olunmayan Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq.

Erməni mediası tələsik bunu Berlin tərəfindən İrəvanın mövqeyinin tanınması kimi qələmə verdi. Bu cür hərəkətlər açıq-aşkar saxtakarlıqdır. Hər şeydən əvvəl, Alman nümayəndə heyətinin tərkibi göstəricidir: Bütün deputatlar parlament müxalifəti olan və Berlin adından danışmaq hüququ olmayan “Almaniya üçün Alternativ” Partiyasının üzvləridir”, - məqalədə bildirilir.

Jurnalistin fikrincə, belə bir təşkilatın üzvlərinin Dağlıq Qarabağa səfəri Ermənistanın əleyhinədir: “Aydındır ki, bu cür “beynəlxalq dəstək” Ermənistana qarşı işləyir”.

Müəllif İkinci Dünya Müharibəsində nasistlərlə əməkdaşlıq etmiş Qaragen Nijdeyə İrəvanda abidə qoyulması, onun qəhərman, dövlətçiliyin qurucusu kimi təqdim edilməsinə, Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının da faşistlər tərəfdən döyüşdüyünə toxunaraq bu ölkədə nasizmə rəğbətin olmasına eyham edib.

0
yenisabah.az