Stalinin ermənilərə saxta vətən yaradan 1947-ci il qərarı – SƏNƏD

DÜNYA
20:00 / 21.10.2020
2752

SSRİ Nazirlər Sovetinin sədri və Sov.İKP Mərkəzi Komitəsinin katibi İosif Stalinin imzaladığı qərardan sonra minlərlə soydaşımız öz dədə-baba yurdları olan indiki Ermənistan ərazisindən Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülüb.

Sfera.az 1947-ci ildə imzalanmış həmin qərarı olduğu kimi dərc etməklə tarixi həqiqətlərin təkrarən yada salınmasını vacib hesab edir. Beləliklə, sözügedən qərarla tanış olaq.   

              

                                               SSRİ Nazirlər Soveti

Qərar nömrə 4083

23 dekabr 1947-ci il. Moskva, Kreml.

Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında

SSRİ Nazirlər Soveti qərara alır:

1. 1948-50-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhali, onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə köçürülsün.

11. Ermənistan SSR Nazirlər Sovetinə, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq, onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-yə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.

SSRİ Nazirlər Sovetinin sədri İosif Stalin.

SSRİ Nazirlər Sovetinin İşlər müdiri Yakov Çadayev.

25