Ermənistan Müdafiə Nazirliyinin sevgili olan rəsmiləri ayrıldılar — Aralarında MÜBAHİSƏ DÜŞDÜ

DÜNYA
15:30 / 21.10.2020
4383

Ermənistan Müdafiə Nazirliyinin ölkədə Mərkəzləşdirilmiş Məlumat Mərkəzindəki təmsilçisi Arçrun Ovannisyanla Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan arasında olan münasibətlər pozulub. 

Demokrat.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri qeyd ediblər. 

Yayılan məlumata görə, 40 yaşlı erməni polkovnik-leytenant Arçrun Ovannisyanla 32 yaşlı Şuşan Stepanyan uzun illərdən bəri sevgili imiş. Hətta, Şuşan Stepanyanın Ermənistan Müdafiə Nazirliyinin sözçüsü vəzifəsinə təyin edilməsi Arçrun Ovannisyanın təqdimatı ilə olub. Həmin dövrdən bəri Şuşan Stepanyan Arçrun Ovannisyanla sevgili olublar.

Ermənilərin sözlərinə görə, artıq bir neçə gündür ki, Şuşan Stepanyanla Arçrun Ovannisyanın münasibətləri pozulub. Buna səbəb kimi son günlər Qarabağda gedən döyüşlərlə bağlı aralarında mübahisə yarandığı deyilir.  

4