Ermənilər Sərdar Ortaçı azərbaycanlı şəhid kimi təqdim etdi - FOTO

13:45 / 22.10.2020
3537

Ermənistan İctimai Radiosu cəbhədən növbəti dezinformasiya xəbərlərini yayarkən qalmaqala səbəb olub.

Radionun saytında türkiyəli məşhur müğənni Sərdar Ortac Azərbaycan ordusunun “itkiləri” sırasında yer alıb.

Belə ki, oktyabrın 16-sı və 21-i dərc olunan cəbhə xəbərlərində Sərdar Ortacın 22 il öncə çəkilmiş əsgərlik şəkilləri “öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim olunub.

0
Report.az