Qondarma rejimin "müdafiə naziri" vuruldu, vəzifəsindən azad edildi

DÜNYA
09:43 / 27.10.2020
4186

Qondarma Dağlıq Qarabağ Respublikasının "müdafiə naziri" Cəlal Arutyunyan vəzifəsindən azad edilib.

HİT.Az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma rejimin rəhbəri Arayik Arutyunyan sərəncam imzalayıb. Onun yerinə Mikail Arzumanyan təyin edilib.

Qeyd olunur ki, sabiq "müdafiə naziri"nin vəzifəsindən azad edilməsi döyüşlərdə yaralanması ilə əlaqədardır. Həmçinin onun öldüyünə dair də sosial şəbəkələrdə məlumatlar yayılıb.

0