Separatçı rejimin “rəhbəri” Araik Arutyunyan ötən gün yenə kömək istəyib.
Videomüraciətdə qeyd edib ki, Azərbaycan ordusu Şuşa şəhərinin lap yaxınlığındadır.
Yalvarış tonundan məğlubluq yağan Araikin bu çağırışına isə erməni kişilərdən reaksiya gəlmədiyi üçün qadınlar cavab verməli olub.
Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində döyüş bölgəsinə getmək üçün hazırlıq görən qadınların fotolarını paylaşıb.
Bu fotolar isə onu göstərir ki, erməni kişilər Qarabağ döyüşlərində müzəffər Azərbaycan ordusunun qarşısına çıxmağa qorxur.
Xatırladaq ki, bir neçə gün əvvəl isə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da həmin qadınlarla bir yerdə olacağını bildirmişdi. Amma nədənsə, o yayılan fotolarda yoxdur.