İzmirdə güclü zəlzələ oldu: 6 hündürmərtəbəli bina dağıldı (Yenilənib)

DÜNYA
16:47 / 30.10.2020
1498

Türkiyə Daxili İşlər Naziri Süleyman Soyulu açıqlamasında deyib ki, hadisə zamanı 6 hündürmərtəbəli bina çöküb. 

****

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

HİT.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.

6