Azərbaycan Ordusu qarşısında çıxılmaz vəziyyətə düşən və çox sayda əsgərini itirən erməni ordusuna Livandakı ermənilər dəstək göstərib.
Livanda ermənilərin yaşadığı məhəllələrdə Dağlıq Qarabağda döyüşmək üçün könüllü əsgər və yardım toplama masaları qurulub.
Qeyd edək ki, Azərbaycan Ordusu, Ermənistanın Tərtər və Füzuli rayonundakı mülki yaşayış məntəqələrinə olan hücumuna sentyabrın 27-i səhər saatlarında əks hücum edərək cavab verib. Bu çərçivədə Dağlıq Qarabağdakı işğal olunmuş əraziləri azad etmək üçün əməliyyata başlayan Azərbaycan Ordusu bir çox stratejik nöqtələri geri alıb. Bu günədək 200-dən çox yaşayış məntəqəsi düşmən tapdağından qurtulub. Düşmənin çoxlu sayda canlı və texniki qüvvəsi məhv edilib.
yenisabah.az