İzmir şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.
HİT.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 14:58-də Egey dənizi sahillərində, Seferihisar rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 6.18 km dərinlikdə yerləşib.
Məlumata görə, oktyabrın 30-dan bu günə qədər İzmirdə 1226 silkələnmə olub.