187 saat dağıntılar altında qalan tibb bacısı 28 il sonra İzmir zəlzələsindən də sağ çıxdı - VİDEO

DÜNYA
17:28 / 02.11.2020
1708

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən sağ çıxan tibb bacısı 1992-ci ildə Ərzincan zəlzələsində səkkiz gün dağıntılar altında qalıb.

“CNN Türk” xəbər verir ki, 28 il əvvəl Nurcan Erarslan Ərzincanda baş verən 6,8 bal gücündə zəlzələdən sağ çıxanlardan biridir.

O, düz 187 saat dağıntılar altında kömək gözləyib.

Möcüzə nəticəsində sağ qalan Erarslan İzmirdə dağıntılar altında qalan yaxınlarından xəbər gözləyən insanları ümidlərini itirməməyə çağırıb.

0
oxu.az