Paşinyan məğlubiyyətini ordusunun istəyinə bağladı

DÜNYA
12:09 / 10.11.2020
1113

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı məğlubiyyət anlaşmasına niyə daha əvvəl imza atılmamasına münasibət bildirib.

Paşinyan bu barədə feysbukda canlı yayımda etdiyi müraciətdə danışıb. O qeyd edib ki, Qarabağla bağlı müqavilə ordunun tövsiyəsi ilə imzalanıb.

“Ordu dayanmağın lazım olduğunu bildirdi. Çünki problemlərimiz var, onların həlli üçün isə perspektiv yoxdur və resurslar tükənib”,- deyə Paşinyan qeyd edib.

0
qafqazinfo.az