"Ermənistanın baş naziri xalqın arxasından alçaldıcı bir təslim müqaviləsi imzaladı".
HİT.Az xəbər verir ki, bunu Daşnaksütyun partiyasının rəsmisi İşxan Sahatelyan deyib. Bildirib ki, iqtidar rayonları bir-bir təhvil verərək, bizim qalib gəldiyimizi deyərək, 35 gün boyunca xalqa mütəmadi olaraq yalan məlumat verib:
"Bu müddət ərzində düzgün məlumat verməyə çalışan insanlar isə arxa cəbhədə təxribatda ittiham edilib. İctimaiyyəti aldadaraq son məqamda xalqı fakt qarşısında qoydular. Reallıq budur. Yalnız biz vəziyyətdən çıxış yolunu tapmalıyıq. Paşinyanın satqın fəaliyyəti ucbatından ölkə müharibəyə sürükləndi. Müharibə isə boş-boş qışqırmaqdan ibarət deyil".