Petrosyan Paşinyan iqtidarını “atəşə tutdu”

DÜNYA
11:20 / 12.11.2020
1432

“Hakim “Mənim Addımım” parlament frasksiyasının bəyanatı göstərir ki, mövcud iqtidar hələ də Qarabağın və Ermənistanın başına hansı bəlanı gətirdiyinin fərqinə varmayıb”. 

Bu sözləri Ermənistanın keçmiş prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan deyib.

Onun fikrincə, bəyanat həm də hakimiyyətin daxili siyasi böhranı konstitusiya yolu ilə həllini rədd edir. “Hakimiyyət faktiki olaraq qarşıdurmanın dərinləşməsi kursunu götürüb. Bu, onların iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil”, - deyə Petrosyan bildirib.

Ermənistan müxalifəti parlamentin təcili iclasının keçiriməsini və Qarabağla, eyni zamanda Ermənistanda yaranmış siyasi böhranla bağlı müzakirələrin aparılmasını tələb edir. Lakin hakim “Mənim Addımım” fraksiyasının deputatları bunun əleyhinə bəyanat yayıb.

 

0
yenisabah.az