Ermənistatnın baş naziri Nikol Paşinyanın Qarabağ münaqiçəsinin nizamlanmasına dair bəyanata imza atmasından dərhal sonra Ermənistanı etiraz aksiyaları bürüyüb.
Nümayişçilər hökumətin fəaliyyətini iflic edib, parlamentə və digər administrativ binalara soxularaq dağıntı və talanla məşğul olublar.
Ermənistanın sosial şəbəkə seqmentində isə yayılan videolarda ölkəmizə qarşı açıq təhdid və terror xarakterli açıqlamalar verilir.
Belə videolardan biri İrəvanın mərkəzində keçirilən aksiyada çəkilib.
Görüntülərdə iki erməni qadının müharibəyə davam etmək barədə çağırışları yer alıb.
Maraqlıdır ki, təhdid təkcə ölkəmizə qarşı səslənmir.
Videoda Rusiya xəyanətdə ittiham edən ermənilər qonşu ölkəyə qarşı da nifrət dolu açıqlamalarla çıxış edirlər.
oxu.az