Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan məhkəmə zalından sərbəst buraxılıb.
Bu barədə “TASS” xəbər verir.
Qeyd edək ki, Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə - baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunurdu.
Qafqazinfo.az