Ermənistan ordusunda həbslər başladı

DÜNYA
17:35 / 16.11.2020
1997

Ermənistan ordusunda həbslərə start verilib. 

Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə komitəsinin rəhbəri Vitali Voskanyan Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlərin həbs edildiyini bildirib.

"Hərbçilərin əsassız şəkildə ölümünə səbəb olan hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”, - deyə Voskanyan bəyan edib.

Onun sözlərinə görə, Cəbrayıl istiqamətində yerləşən hərbi hissənin zabitləri barədə cinayət işi başlanıb. Onların təqsirini sübut edən kifayət qədər dəlil toplanıb.

"Topladığımız bütün materiallar İstintaq Komitəsinə göndəriləcək", - deyə o vurğulayıb.

0
Yenisabah.az