Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər

DÜNYA
09:33 / 17.11.2020
789

Ermənistan prezidenti Armen Sarkisyan hökuməti və Milli Məclisi erkən parlament seçkilərə hazırlaşmağa çağırıb.

Erməni KİV xəbər verir ki, Sarkisyanın sözlərinə görə, ölkəsi həm müharibə meydanında, həm də diplomatik arenada uduzub və bu səbəbdən seçkilər qaçınılmazdır.  

“Yaralı iqtisadiyyatımız çox böyük sosial problemlərə gətirib çıxaracaq. Dağlıq Qarabağdan gələn insan axını nəticəsində humanitar böhran yaşanacaq. Biz reallığı görməzdən gəlib adi həyat tərzi sürə bilmərik”, - deyə erməni prezident sözlərinə əlavə edib.

Sarkisyan, həmçinin, bildirib ki, o, parlamentarilərlə, ictimai qruplarla və diaspor nümayəndələri ilə bir neçə görüş keçirib və əksəriyyət hökumətin istefasını və ya nazirlər kabinetinin səlahiyyətinə xitam verilməsini, növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir.

0
Qafqazinfo.az