Ermənistan parlamentində qalmaqal: müxalif deputatlar iclas zalını tərk etdi

DÜNYA
14:27 / 17.11.2020
1042

Ermənistan Parlamentində erməni-gürcü kredit razılaşmaları məsələsinin gündəmə çıxarılması müxalif deputatların narazılığına səbəb olub.

HİT.Az SputnikArmenia-ya istinadən xəbər verir ki, bu səbəbdən müxalifət partiyalarının millət vəkilləri iclas zalını tərk ediblər. "Çiçəklənən Ermənistan" fraksiyasının nümayəndəsi Naira Zohrabyan bu gün heç bir şey olmamış kimi davranmağa, başqa bir məsələni müzakirə etməyə haqları olmadığını bildirib.

"Bu gün yeganə müzakirə etməli olduğumuz gündəm fövqəladə hərbi vəziyyətin götürülməsi, baş nazirin istefası və yeni hökumətin formalaşdırılması olmalıdır", - deyə o əlavə edib.

"Mənim addımım" fraksiyasının üzvü Hamazasp Danielyan isə erməni-gürcü kredit razılaşmasının müddəti təsdiq edilmədiyi təqdirdə Ermənistanın 16 milyon avro cərimə ödəyəcəyini diqqətə çatdırıb.

0