Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi

DÜNYA
16:45 / 18.11.2020
1765

Ermənistanın müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akobyan istefa ərizəsi yazıb.

Azvision.az xəbər verir ki, Akobya məlumatı təsdiqləyib, yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransında istefa səbəbini açıqlayacağını bildirib.

Xatırladaq ki, Movses Akobyan ötən il mayın 24-də baş nazir Nikol Paşinyanın qərarı ilə baş hərbi müfəttiş təyin edilmişdi. Bundan əvvəl silahlı qüvvələrin baş qərargah rəisi, həmçinin, Qarabağdakı separatçı rejimin “müdafiə naziri” olub.

0