Müharibənin 5-ci günündə artıq 1500 fərari var idi - Erməni general

15:39 / 19.11.2020
1404

Dağlıq Qarabağ müharibəsinin 5-ci günündə artıq 1 500 fərari var idi.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.

O bildirib ki, həmin fərarilər Ermənistana qayıdıb təşviş salmaması üçün Qarabağda təcrid olunmuşdu.

O əlavə edib ki, müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlar 100 faiz yalan idi:

“Müharibə dövründə belə bir qayda var: düşməni yanıltmaq üçün verilən məlumatın 30 faizi yalan olmalıdır, amma bizdə məlumatların 100 faizi yalan idi”.

0