"İsgəndər"dən istifadə etdiklərini deyən general İSTİNTAQA ÇAĞIRILDI

DÜNYA
23:46 / 19.11.2020
1642

“Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər” ballistik taktiki raket sistemindən istifadə olunub” deyən Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan istintaqa cəlb olunub.

Erməni KİV xəbər verir ki, bu barədə Akopyan özü bildirib. Xüsusi İstintaq Xidmətinə aparılan erməni general-polkovnik ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Akopyan dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.


1
Qafqazinfo.az