Ermənistanda daha bir nazir istefa verdi

DÜNYA
13:57 / 20.11.2020
1277

Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan istefa verib.

Bu barədə erməni mediası məluamt yayıb.

Onu müavini Janna Andreasyan əvəz edəcək.

Bundan əvvəl yayılan məlumatlarda qeyd edilirdi ki, Araik Arutyunyan partiya fəaliyyəti ilə məşğul olacaq.

Bununla da Ermənistanda istefa verənlərin nazirlərin sayı 4-ə çatdı. Araik Arutyunyandan əvvəl Xarici işlər naziri Zöhrab Mnatsakanyan, Fövqəladə hallar naziri Feliks Tsolakayan və Müdafiə naziri David Tonoyan istefa verib. Yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyanın da istefa ərizəsi yazdığı barədə məlumatlar var.

0
yenisabah.az