Paşinyan məğlubiyyətdən sonra onu da işdən çıxardı

DÜNYA
14:24 / 20.11.2020
1270

Ermənistanın xüsusi təyinatlı səfir Karen Mirzoyan vəzifəsindən azad edilib.

“Sputnik Ermənistan”ın xəbərinə görə, müvafiq fərmanı Baş nazir Nikol Paşinyan imzalayıb.

Qeyd olunur ki, Mirzoyan bu vəzifəyə 2019-cu ilin iyununda təyin olunub.

Xatırladaq ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini azad etmək üçün apardığı 44 günlük hərəkat zamanı və daha sonra Ermənistanda yüksək vəzifəli şəxslər ya istefa veriblər, ya da vəzifələrindən azad ediliblər.

0
“Qafqazinfo”