"Bəziləri hələ də kor, hələ də kardır" - Akardan sərt sözlər

DÜNYA
13:14 / 21.11.2020
1222

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Avropadan olan bəzi siyasətçilərin “Azərbaycan Ordusu Qarabağı dağıtdı” kimi fikirlərinə münasibət bildirib.

APA-nın məlumatına görə, nazir qeyd edib ki, bu barədə səslənən fikirlər həqiqətə uyğun deyil.

Hulusi Akar əlavə edib ki, Azərbaycan Ordusu Qarabağda beynəlxalq hüquqa zidd heç bir addım atmayıb: “Azərbaycan Ordusunun gördüyü iş 30 ildən bəri işğal altında olan torpaqlarının azad edilməsindən ibarətdir. Bunu hər kəs bilməlidir. Bu cür yanlış fikirlərlə Azərbaycan Ordusunu ittiham etmək yolverilməzdir. İnsanın vətənini qoruması, işğal altındakı torpaqlarını azad etməsi müqəddəs vəzifədir. Azərbaycan Ordusu da bunu etdi. Ancaq Ermənistan Ordusu bütün dünyanın gözü qarşısında Azərbaycanın yaşayış məntəqələrini və şəhərlərini açıq şəkildə bombaladı. Bütün dünya bunu gördü, amma bəziləri hələ də kor, hələ də kardır. Bunu görməyənlərin müasirlik, insan haqları, demokratiya və bitərəflikdən danışması mümkün deyil”.

0